
ABL oyunları üçün əcnəbi hakimlər dəvət olunub
- 12 Apr 2025 14:00
- 45
Azərbaycan Basketbol Liqasının (ABL) pley-in və pley-off mərhələlərində baş tutacaq oyunların idarə olunması üçün FIBA dərəcəli iki əcnəbi hakim dəvət olunub.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Təcrübəli hakimlər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq bir neçə pley-in oyununda da hakimlər briqadasında yer alıblar.
Bildirilib ki, FIBA dərəcəli hakimlərin belə önəmli oyunlarda yer alması, gənc hakimlərimiz üçün də canlı təcrübədir.