
ABL: Pley-in mərhələsinin ikinci görüşlərinə start verilir
- 13 Apr 2025 11:30
- 62
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşlərinə bu gün start veriləcək.
Rekord.az xəbər verir ki, “Lənkəran” evdə “Gəncə”ni qəbul edəcək.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşmanın start fiti saat 14:00-da səsləndiriləcək.
Komandalar arasında baş tutan ilk görüşdə Gəncə təmsilçisi 96:92 hesablı qələbə qazanıb.
Pley-in mərhələsində digər görüşlər sabah keçiriləcək.