Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.


Aprelin 10-da Gəncə İdman Sarayında “Gəncə” “Lənkəran”la, Abşeron Olimpiya Kompleksində isə “Abşeron” NTD ilə üz-üzə gələcək.


Aprelin 11-də Sumqayıt Olimpiya İdman Komleksində “Sumqayıt” - “Sərhədçi”, Abşeron Olimpiya Kompleksində “Ordu” - “Quba” görüşləri baş tutacaq.


Qeyd edək ki, "Sumqayıt" - "Sərhədçi" görüşünün qalibi 1/4 finalda "Sabah"la, "Gəncə" - "Lənkəran" matçında qələbə qazanan tərəf "Şəki" ilə üz-üzə gələcək. "Ordu" - "Quba" görüşündə üstün olan tərəf növbəti mərhələdə "Neftçi" ilə, "Abşeron" - NTD matçının qalibi isə "Naxçıvan"la qarşılaşacaq.