Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün keçirilməli olan "Abşeron" - NTD oyunu təxirə salınıb.


Rekord.az xəbər verir ki, qarşılaşma Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış texniki problemə görə təxirə düşüb.


Matç sabah 16:00-da baş tutacaq.


Görüş bu gün saat 19:00-da başlamalı idi.