Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start veriləcək.


Rekord.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutacaq.


"Şəki" doğma meydanda "Gəncə" ilə üz-üzə gələcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək.


Pley-off mərhələsinin ilk oyunlarına aprelin 19-da yekun vurulacaq.