Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha iki görüş baş tutacaq.


Rekord.az xəbər verir ki, əvvəlcə “Neftçi” “Ordu” ilə üz-üzə gələcək.


Qarşılaşma saat 18:00-da başlayacaq.


Günün ikinci matçında “Sabah” “Sərhədçi”ni qəbul edəcək. Bu matçın start fiti saat 21:00-da səsləndiriləcək.


Hər iki oyun Bakı İdman Sarayında keçiriləcək.


Qeyd edək ki, pley-offun ötən gün baş tutan “Şəki” - “Gəncə” görüşündə birincilər 85:84 hesablı qələbə qazanıb. Mərhələnin ilk oyunları aprelin 19-da başa çatacaq.