Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunlarına bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, ilk olaraq "Gəncə" "Şəki"ni qəbul edəcək.


Gəncə İdman Sarayındakı görüş saat 14:00-da start götürəcək. İlk qarşılaşmada "Şəki" qalib gəlib - 85:84.


Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.


Pley-off mərhələsində ikinci oyunlara aprelin 22-də yekun vurulacaq.