Azərbaycan Basketbol Liqasında 12-ci tura yekun vurulub.


Rekord.az xəbər verir ki, sonuncu oyunda "Şəki" "Ordu"nu qəbul edib.


Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 87:74.


Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran "Şəki" B qrupunda liderdir. İyirmi xala malik olan qonaqlar üçüncü pillədə qərarlaşıb.


Turun əvvəlki matçlarında "Abşeron" "Sərhədçi"ni (86:79), "Sabah" "Neftçi"ni (75:65), "Sumqayıt" "Lənkəran"ı (93:90), "Gəncə" "Quba"nı (96:78), NTD isə "Naxçıvan"ı (90:70) məğlub edib.