"Şəki" Azərbaycan Basketbol Liqasının B qrupunda vahid lider olub.


Rekord.az xəbər verir ki, komanda bunu 19-cu turda gerçəkləşdirib.


Doğma meydanda "Gəncə"ni məğlub edən (91:87) şəkililər xallarının sayını 34-ə çatdırıb. Qonaqlar 33 xalla ikinci pillədə qərarlaşıb.


Əvvəlki matçlarda "Sumqayıt" "Quba"nı 112:103, "Ordu" "Lənkəran"ı 87:65, "Abşeron" "Naxçıvan"ı 60:58 hesabı ilə məğlub edib.