Yaponiyada təşkil olunan Yay Olimpiya Oyunlarında voleybol yarışlarında qadınların da mübarizəsinə yekun vurulub. "Rekord.az" xəbər verir ki, həlledici qarşılaşmada Braziliya və ABŞ yığmaları üz-üzə gəliblər.

Görüşün gərgin keçəcəyi ehtimal olunsa da, bunun əksini olub. Matçın əvvəlindən təşəbbüsə yiyələnən amerikalı voleybolçular üstünlüklərini əldən verməyiblər. 3 set davam etmiş final oyununda ABŞ quru hesablı qələbə qazanmaqla olimpiya oyunlarının qalibi olub. Bu, ABŞ-ın ilk olimpiya çempionluğudur.

Finalda məğlub olan Braziliya gümüş medalla kifayətlənməli olub. Olimpiadanın bürünc medalına isə Serbiya sahib çıxıb. Avropalılar üçüncülük uğrunda qarşılaşmada Cənubi Koreyanı məğlub ediblər.

Olimpiada, voleybol 

8 avqust

Final 

   Braziliya - ABŞ 0:3

Bürünc medal uğrunda

   Serbiya - Cənubi Koreya 3:0