
“Abşeron” amerikalı basketbolçu transfer etdi
- 19 Fev 2025 17:15
- 73
"Abşeron" heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, 25 yaşlı oyun qurucusu Ayinde Hikkim mövsümün sonuna qədər bu komandanın formasını geyinəcək.
O, ilk olaraq ölkəsində "La Salle University Explorers" klubunda çıxış edib. Ayinde Hikkim daha sonra 3 mövsüm Massaçusets Universitetinin "Lowell River Hawks" komandasının şərəfini qoruyub.
"Abşeron" buna qədər Jaja Devislə yollarını ayırıb, Ömər Yavaşla isə mövsümün sonuna qədər müqavilə imzalayıb.