Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.


Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında "Neftçi" "Abşeron"la üz-üzə gəlib.


Qarşılaşma "ağ-qaralar"ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.


Seriyada iki qələbə qazanan komanda adını finala yazdıracaq. Tərəflər arasında növbəti matç aprelin 29-da baş tutacaq.


Ötən gün yarımfinal mərhələsinin ilk görüşündə "Sabah" "Şəki"yə 86:73 hesabı ilə qalib gəlib.