
“Abşeron” “Sərhədçi”ni məğlub etdi
- 08 Mar 2025 22:46
- 62
Azərbaycan Basketbol Liqasının 17-ci turunda “Abşeron” evdə “Sərhədçi”ni məğlub edib.
Rekord.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 77:75.
Turun daha əvvəl baş tutan görüşlərində NTD - "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63 hesabı ilə məğlub edib.