Qadın voleybolçulardan ibarət “Abşeron” klubunun üzvləri və rəhbərliyi Türkiyəyə dəstək olub. "Rekord.az" xəbər verir ki, kollektiv fevralın 6-da baş vermiş dəhşətli zəlzələdən zərər çəkən insanlara yardım aksiyasına qoşulublar.

Onlar bu gün Heydər Əliyev adına İdman - Konsert Kompleksində təşkil olunan yardımların toplanması, çeşidlənməsi və göndərilməsi kimi proseslərdə yaxından iştirak ediblər.