“İlk dövrənin son matçından sonra intensiv və faydalı məşq prosesimiz oldu”.


Rekord.az xəbər verir ki, bunu "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker deyib.


Klubun mətbuat xidmətinə açıqlama verən türkiyəli mütəxəssis NTD-yə qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının 7-ci turunun oyunu barədə danışıb:


"Komandanın son durumunu yaxşı dəyərləndirmək olar. İlk dövrənin son matçından sonra intensiv və faydalı məşq prosesimiz oldu. NTD ilə aramızda çox fərq yoxdur. 1 qələbə onlardan artıq qazanmışıq. Onların da bizim kimi son anlarda uduzduqları görüşlər oldu. NTD yaxşı komandadır və bizimlə oyuna çox ciddi hazırlaşırlar. İkinci dövrəyə qələbə ilə başlamaq istəyəcəklər. Matçın son anına qədər mübarizə dolu oyun olacaq".


“Abşeron" - NTD oyunu dekabrın 13-də, saat 15:00-da baş tutacaq.