AÇ-2020: Seçmə mərhələnin rəmzi komandası
- 29 Noy 2019 19:00
- 986
AÇ-2020-nin seçmə mərhələsinin rəmzi komandası açıqlanıb.
Rekord.az xəbər verir ki, Türkiyə yığmasının müdafiəçisi Merih Demiral da UEFA-nın açıqladığı ən yaxşı 11 futbolçu sırasında yer alıb.
Rəmzi komandada Hollandiya və İngiltərə yığmaları hərəyə iki oyunçu ilə təmsil olunub.
Ən yaxşı 11 futbolçu bunlardı:
Qapıçı: Andrey Pyatov (Ukrayna);
Müdafiəçilər: Melih Demiral (Türkiyə), Serxio Ramos (İspaniya), Raqnar Siqurdsson (İslandiya);
Yarımmüdafiəçilər: Yoannis Kusulos (Kipr), Eran Zahavi (İsrail), Corcinyo Veynaldum (Hollandiya), Bernardo Silva (Portuqaliya);
Hücumçular: Memfis Depay (Hollandiya), Rahim Sterlinq, Harri Keyn (hər ikisi İngiltərə).