AÇ: Azərbaycan cüdoçularından ilk gündə 3 medal
- 28 Okt 2022 22:38
- 426
Azərbaycan cüdoçusu Nazir Talıbov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu gün start götürən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, 60 kq-da çıxış edən idmançı finalda öz komanda yoldaşı Kənan İsmayılova qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadınlardan isə 48 kq-da yarışan Könül Əliyeva ikinci yeri tutub. O, yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib.
İlk gündə Azərbaycanın ümumilikdə 9 cüdoçusu tatami üzərinə çıxıb.