Fransanın Monpelye şəhərində böyüklər arasında Avropa çempionatının püşkü atılıb.

Rekord.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycanın yığma komandası yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.

Qadınlar 

-48 kq. 
Leyla Əliyeva - Lois Petit (Belçika)

-52 kq. 
Gültac Məmmədəliyeva - Coana Dioqo (Portuqaliya) / Sofiya Asvesta (Kipr Respublikası) görüşünün qalibi ilə

Kişilər 

-60 kq. 
Balabəy Ağayev - Andreya Karlino (İtaliya) / Rodriqo Kosta Lopes (Portuqaliya) görüşünün qalibi ilə
Turan Bayramov - Qamzat Zayrbekov (Fərdi Neytral İdmançılar) / Mihrac Akkus (Türkiyə) görüşünün qalibi ilə

-66 kq. 
Yaşar Nəcəfov - Matteo Piras (İtaliya)

-73 kq. 
Hidayət Heydərov - Abdul Malik Umayev (Belçika)
Rəşid Məmmədəliyev - Turpal Coukayev (Finlandiya)

-81 kq. 
Zelim Tçkayev - Oskari Makinen (Finlandiya)

-90 kq. 
Murad Fətiyev - Laşa Bekauri (Gürcüstan)

-100 kq. 
Zelim Kotsoyev - Hari Lovel-Hevit (Böyük Britaniya)

+100 kq. 
Uşanqi Kokauri - Mirkeya Croytoru (Rumıniya) / Marius Fizel (Slovakiya) görüşünün qalibi ilə