AÇ: Azərbaycan komandası qrup hərəkətlərində finala çıxdı
- 17 May 2023 18:30
- 357
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatına start verilib.
Rekord.az xəbər verir ki, mübarizə gənclər arasında beş ip və beş top yarışları ilə başlayıb.
Azərbaycanın Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandası beş ip yarışlarında 29.450, beş top yarışlarında isə 29.000 xal toplayıblar.
Hər iki hərəkətdə 3-cü yer tutan Azərbaycan komandası finala yüksəlib.
İki hərəkətin cəmində 58.450 xal toplamış komanda çoxnövçülükdə bürünc medal qazanıb.