AÇ: Azərbaycan milliləri Ermənistana qarşı
- 25 İyl 2024 12:15
- 253
Azərbaycanın 18 yaşadək oğlanlardan və qızlardan ibarət basketbol milliləri Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda qrupdakı sonuncu matçlarını keçirəcəklər.
Rekord.az xəbər verir ki, hər iki komandanın rəqibi Ermənistanın müvafiq yaş qruplarından ibarət yığmaları olacaq.
Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət yığma ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edib. Qrupdakı ikinci oyunda Gürcüstan üzərində 74:68 hesabı ilə qələbə qazanan komanda Avropa çempionatının yarımfinalına vəsiqəni təmin edib.
Azərbaycanın oğlanlardan ibarət U-18 millisinin B qrupunda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər. Bu qələbə komandanı yarımfinala daşıyıb.
Qızlardan ibarət millinin oyununa bu gün, Bakı vaxtı ilə 16:30-da start veriləcək. Oğlanlardan ibarət yığma isə 18:00-da meydana çıxacaq.