Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. 

Rekord.az xəbər verir ki, təsəlliverici qarşılaşmada Estoniya üzərində qələbə əldə olunub - 4:0. 

Komanda üzvlərindən Aytac Qardaşxanlı (70 kq), Elcan Hacıyev (90 kq), Nərmin Əmirli (+70 kq), Ruslan Nəsirli (+90 kq) rəqiblərinə qalib gəlib. 

Yığmamız bürünc medal qarşılaşmasında Almaniya millisi ilə üz-üzə gələcək.