AÇ: Azərbaycan yığması ilk matçda məğlub oldu
- 19 İyl 2023 19:20
- 330
16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Kosovanın paytaxtı Priştinadakı Avropa çempionatında ilk oyununu keçirib.
Rekord.az xəbər verir ki, yığmamız C divizionunun B qrupunda Kipr kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə bitib - 51:65.
Milli növbəti matçını iyulun 21-də Ermənistana qarşı keçirəcək.