Azərbaycanın beş MMA döyüşçüsü Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında medal qazanıb.

Rekord.az xəbər verir ki, 56 kq çəki dərəcəsində çıxış edən Yusif Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

83 kq-da yer alan Fərman Həsənov ikinci yeri tutub. 56 kq da Nicat Xankişiyev, 61 kq-da Tahirə Babayeva və 70 kq-da İmran Abbasquliyev isə bürünc medallara sahib çıxıblar.