Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.


Rekord.az xəbər verir ki, bu gün Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə (57 kq) tatamiyə çıxacaqlar.


Ötən gün beş idmançı qüvvəsini sınayıb və yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.


Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.