Rumıniyada yeniyetmələrin Avropa çempionatında böyük uğur qazanan Azərbaycan şahmatçıları vətənə qayıdıb.

Rekord.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında şahmatçılarımızı Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, mətbuat nümayəndələri və yaxınları qarşılayıblar.

Xatırladaq ki, Rumıniyanın Mamaya şəhərində keçirilən Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal qazanıb. Yekunda Azərbaycan komanda hesabında da  hamını qabaqlayaraq birinci yeri tutub.