AÇ: Millimiz Xorvatiyaya uduzdu, Fransa ilə heç-heçəyə razıalşdı
- 15 Noy 2023 13:40
- 327
Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında 4-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Xorvatiyaya məğlub olub 1,5-2,5.
Azərbaycan millisində Teymur Rəcəbovla Nicat Abasov uduzub, Şəhriyar Məmmədyarov partiyanı qələbə ilə başa vurub. Rauf Məmmədov heç-heçə oynayıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Fransa ilə heç-heçə oynayıb. Şahmatçılardan Günay Məmmədzadə qələbə qazanıb, Xanım Balacayeva məğlub olub. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova partiyanı heç-heçə oynayıb.
Bu gün Avropa çempionatında 5-ci turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Monteneqro, qadın şahmatçılar isə Almaniya ilə qarşılaşacaq.