Moldovanın paytaxtı Kişinyovda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyinə start verilib.

Rekord.az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 416 atlet (196 qız və 220 oğlan) iştirak edəcək.

Onların arasında Azərbaycan yığmasının üzvləri də var. 

Millimizdən körpücük üzərinə ilk olaraq Nuray Əbilova çıxıb. O, yaşı 15-ə qədər olan qızlar arasında 40 kq çəki dərəcəsində mübarizə aparıb. Nuray toplam 89 kq (40+49) nəticə göstərib və 8-ci yeri tutub.