Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol millisi bu gün Avropa çempionatının C divizionunda yarımfinal görüşünə çıxıb.

Rekord.az xəbər verir ki, Kosovo ilə qarşılaşan yığmamız 41:76 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Tahir Baxşıyevin komandası qrup mərhələsində Albaniyaya 56:60 hesabı ilə uduzub, sonrakı ikinci görüşdə isə Moldova (78:55) və Maltanı (56:50) üstələyib.