Adı oyun alqı-satqısında şübhəli bilinən qapıçı "Zirə"dən qovuldu
- 18 Dek 2019 11:00
- 1275
"Zirə" danışılmış oyunlarda iştirakına görə AFFA İntizam Komitəsi tərəfindən futboldan kənarlaşdırılan Səbuhi Əliyevlə bağlı qərar verib.
Rekord.az xəbər verir ki, əvəzedici komandanın qapıçısı ilə yollar ayrılıb. Klub rəhbərliyin "Zirə-2"də forma geyinən gənc qolkiperlər müqaviləyə xitam verib.
Xatırladaq ki, Əliyev birinci dizionunun XII turunun "Sumqayıt-2" ilə ev matçında kuryoz qol buraxmışdı. O, qarşılaşmanın 90+6-cı dəqiqəsində meydan sahiblərinin qapısına təyin olunan penaltini dəf etsə də, sonra topu əli ilə qapıya göndərmişdi.
Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsiylə başa çatmışdı. (sportinfo.az)