Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu
- 10 Dek 2019 17:42
- 889
Adrian Skarlatake “Zirə”də qol hesabını açıb.
Rekord.az xəbər verir ki, rumıniyalı müdafiəçi qəsəbə təmsilçisinin heyətində ilk dəfə rəqib qapısına yol tapıb.
Bu, Azərbaycan Premyer Liqasının 14-cü turunun “Səbail”lə matçına təsadüf edib. 4:1 hesablı qələbəyə bir topla töhfə verən arxa xətt oyunçusu “Zirə”nin heyətində Premyer Liqada qol sevinci yaşayan 40-cı futbolçu olub. Adrian “Qartallar”ın formasında 27-ci çempionat qarşılaşmasında fərqlənib. 2019-cu ilin son çempionat görüşədək 39 oyunçu bunu bacarmışdı. Skarlatake bu 40 futbolçunun yer aldığı siyahıda 22-ci legioner və ilk rumıniyalı oyunçudu.
Qeyd edək ki, bu 40 oyunçudan başqa daha 5 rəqib futbolçusu avtoqol müəllifi olub.