
AFFA 2-ci Liqa klubunun şikayətini qismən təmin edib
- 11 Mar 2025 19:00
- 73
2-ci Liqada çıxış edən “Hypers Guba"nın apellyasiya şikayəti qismən təmin edilib.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu Ruslan Qurbanova verdiyi 4 oyunluq cəzanı 2 matça endirib. Təcrübəli oyunçuya üç aylıq sınaq müddəti təyin edilib.
Ruslan Qurbanov XIV turda "Şəmkir"lə görüşdə hakimi təhqir etdiyi üçün cəzalanmışdı. Quba təmsilçisi 300 manat cərimə olunmuşdu. İntizam Komitəsinin bu qərarı qüvvədə saxlanılıb.