AFFA 3 klubu 800 manat cərimələdi
- 04 Fev 2020 15:20
- 696
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Neftçi” – “Sumqayıt” oyununda “Neftçi”nin oyunçusu Voyislav Stankoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.
“Səbail” – “Qarabağ” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ” – “Keşlə” oyununda “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.