AFFA AÇ-2020 ilə bağlı UEFA-ya təsdiq göndərdi
- 17 Apr 2020 19:04
- 716
UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVİD-19 pandemiyası ilə əlaqədar AÇ-2020 turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.
Rekord.az xəbər verir ki, AFFA AÇ-2020-nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.
Bakı Olimpiya Stadionunda AÇ-2020-nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.