Əksəriyyət növbəti mövsümdən "Araz Naxçıvan"ın Premyer Liqada mübarizə aparacağını düşünsə də, hələlik dəqiqləşən heç nə yoxdur.

Rekord.az-a daxil olan məlumata görə, AFFA rəhbərliyindən klub rəhbərliyinə bununla bağlı konkret söz verən yoxdur.

Yalnız baş katiblik səviyyəsində deyilib ki, məsələyə İcraiyyə Komitəsi baxıb qərar verəcək.