AFFA “Araz-Naxçıvan” klubunu 700 manat cərimələyib.


Rekord.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.


Cəriməyə Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan “Zirə” – “Araz-Naxçıvan” oyununda komandanın 6 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub.