Bir müddət bundan qabaq mətbuatda “Bakcell” şirkətinin AFFA ilə əməkdaşlığı dayandırmaq təhlükəsi haqda məlumat getmişdi.

Rekord.az xəbər verir ki, sözügedən şirkət federasiya ilə yeni müqavilə bağlamaq istəmir.

Məhz bu səbəbdən AFFA müəyyən qabaqlayıcı tədbirlər görməyi düşünür. Bunlardan biri də “Bakcell Arena” ilə bağlıdır. Belə ki, federasiya şirkətin adını daşıyan stadiona yeni sponsor axtarışına çıxıb.