Növbəti mövsüm I Divizionda islahatlar gözlənilir. Əvəzedici komandalar yenidən öz çempionatlarında oynayacaqları üçün diviziona əlavə yeni komandalar cəlb olunacaq ki, say tərkibi bərpa olunsun.

Rekord.az xəbər verir ki, yeni komandalardan biri böyük ehtimalla "Energetik" olacaq.

Əldə etdiyimiz məlumata görə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu yaxınlarda Mingəçevirə səfəri zamanı icra başçısı İlham İsmayılovla bu məsələni müzakirə edib. Başçı da öz tərəflərindən məsələyə köməklik göstəriləcəyinə dair söz verib.