AFFA Corat qəsəbəsini təmsil edən "Cürət" komandasını "Region Liqası"na buraxmayıb.

Rekord.az xəbər verir ki, bu haqda məlumatı saytımıza açıqlamasında komandanın təsisçisi və baş məşqçisi Məmmədəli Qəniyev deyib.

72 yaşlı məşqçi federasiyanın addımını böyük hörmətsizlik adlandırıb: "Bu yaşımda futbola töhvə verməyə çalışıram, əziyyət çəkib komanda yaradıram, dəstək olmaqdan, kömək etməkdən, mane olurlar. Biz ötən mövsüm "Region Liqası"nda oynamışıq. Bu mövsüm isə II Liqa üçün müraciət etməyi düşünürdük. Elə oldu ki, ora buraxmadılar. Daha sonra oktyabr ayında yenidən "Region Liqası" üçün müraciət etdik və dedilər ki, gecdir. Halbuki elə də böyük zaman keçməmişdi, güzəşt edə bilərdilər. Biz onsuz da "Region Liqası"nın iştirakçısı idik, yeni komanda deyildik. Həm başa düşmürəm, biz oktyabrda müraciət etmişik, "gecdir" deyiblər, amma "Region Liqası" hələ də start götürməyib. Aradan  keçən 5 ayda bizə" hə" deyilə bilməzdilər?".