
AFFA bu məsələni müzakirə edə bilər: II Liqa komandalarının qulağı səsdə
- 08 Apr 2025 11:00
- 611
AFFA yeni mövsümdən II Liqa klubları üçün ayırılan illik vəsaiti artıra bilər.
Rekord.az xəbər verir ki, hazırkı 50 min manat yetərli deyil.
Nəzərə alsaq ki, bunun da 8 mini vergiyə çıxır, yerdə qalan 42 min manatla bir mövsüm komanda saxlamaq çox çətindir. Klubların da narazılıqlarını nəzərə alan federasiya rəhbərliyi bu məbləği minimum 80 minə çatdırmaq istəyir. Lakin yekun qərarı İcraiyyə Komitəsi verməlidir.