AFFA aprel ayının 10-dan etibarən Premyer Liqanı davam etdirməyi düşünür.

Rekord.az-a daxil olan məlumata görə, federasiyada bu haqda müzakirələr aparılıb.

Sadəcə, hər şey aprelin  10-a kimi gedən gedişatdan asılı olacaq. Virusun yayılma sürəti azalsa, vəziyyət yaxşılığa doğru dəyişsə, o zaman çempionat davam edəcək. Yox, əgər vəziyyət düzəlməsə və daha da pisləşsə, o zaman böyük ehtimalla çempionat yarımçıq başa çatdırılacaq.