AFFA-da hakimlərə tərs sillə: Oyun yoxdur, pul da yoxdur
- 13 Apr 2020 11:00
- 756
Koronavirus görə yaranan fasilənin zərərləri istənilən sahədə hiss olunmaqdadır.
Rekord.az xəbər verir ki, futbol sektorunda bunun ən çox ziyanını görən hakimlərdi desək yalan olmaz. Çünki rəsmi şəxslər, futbolçu və məşqçi heyəti fasilə müddətində də öz maaşlarını alırlar.
Ancaq hakimlərin tək gəlir yeri oyun başına aldıqları qonorlardı. Oyunlar olmadığına görə, onların da maddi baxımdan qazancsız qalmaları deməkdir. Bəs görəsən, bu barədə AFFA-a hansısa formada hakimlərə yardım etməyi düşünümü?
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Firuz Abdulla məsələ ilə bağlı sportinfo.az-a açıqlama verib: "Hakimlərin federasiyadan maaş almaları üçün onların əmək müqavilələri olmalıdır. Müqavilə olmadığına görə, onlara hansısa formada pul yardımı nəzərdə tutulmayıb. Oyunlar olanda qonorlarını alırdılar. İndi oyunlar olmadığı üçün qonorar da yoxdur".