AFFA-nın inzibati binasının konfrans zalında qadın məşqçilər üçün UEFA-nın C kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsi keçirilir.

Rekord.az xəbər verir ki, təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyevin rəhbərlik etdiyi məşğələ sentyabrın 20-dək davam edəcək.

Qadınlar üçün UEFA-nın C kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi avqustda, 2-ci mərhələsi isə sentyabrın əvvəlində baş tutub.