Millimizin keçmiş baş məşqçisi Nikola Yurçeviç öz xidmətini Türkiyə klublarına təklif edib.

Rekord.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı menecerlər vasitəsilə Super Liqa və I Liqa təmsilçiləri ilə əlaqə yaradıb.

Balkanlı mütəxəssisin istədiyi məbləğ maraq doğurmaya bilməz. O, illik 200 min avro qarşılığında Türkiyədə işləməyə hazırdır.

Bu yerdə xatırlatmağa gərək var ki, AFFA-nın Yurçeviçlə bağladığı müqavilənin dəyəri 1 milyon avro civarında idi. (sportinfo.az)