AFFA hakimlər üçün yeni qadağalar tətbiq edib. Bu qadağa onların mətbuatla ünsiyyətini də tam məhdudlaşdırır. 

 


Rekord.az-a daxil olan məlumatlara görə, nəinki hakimlər, hətta təcrübəli hakim-inspektorlar, Hakimlər Komitəsinin məsul şəxsləri də bu qadağadan kənara çıxa bilməz.

 

TV-lərə və radio verilişlərinə də çıxmamaqla bağlı qadağa var. Yalnız "İdman" TV-də yayımlanan "Oyunun hakimi" verilişi istisnadır. Ora da yalnız Ceyhun Haşımov və Anar Salmanov ekspert qismində çıxa bilər. Haşımovla Salmanovun da qarşısına şərt qoyulub ki, verilişdə yalnız əcnəbi çempionatın oyunlarındakı epizodlar şərh oluna bilər. Yerli çempionatdakı hakim idarəçiliyi müzakirə oluna bilməz.