AFFA-dan təxirə salınan liqalarla bağlı yeni qərar
- 23 Mar 2020 20:00
- 692
Koronavirus səbəbindən təxirə salınan liqaların bərpa müddəti artırılıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və gənclər liqalarının U-11, U-13, U-16 yaş qrupu üzrə çempionatlarının başlama vaxtı uzadılıb.
Bunlarla yanaşı, Yüksək qızlar liqalarının, "Məktəbli kuboku"nun və Region Liqası turnirinin oyunları da 2020-ci il aprelin 20-dək təxirə salınıb.