AFFA rəsmləri media önündə Premyer Liqada komanda sayının artırılması ilə bağlı açıqlamalar versə də real mənzərə başqadır.

Rekord.az-a daxil olan məlumata görə bu məsələdə ən çox "Kəpəz"lə "Turan Tovuz"un adı hallansa da federasiya heç bir kluba bununla bağlı vəd verməyib.

Hətta bizə daxil olan məlumata görə bu yaxınlarda "Turan Tovuz" rəhbərliyi AFFA ilə əlaə saxlayıb bu haqda maraqlananda onlara deyilib ki hələ federasiyanın özündə də bu məsələ ilə bağlı heç nə bilinmir. Səbəb təbii ki maliyyədir. Çünki iki komandanı elitaya gətirmək üçün AFFA ən azı əlavə  milyon manat tapmalıdır.