Aşağı yaş qruplarından ibarət millilərin baş məşqçiləri ilə bağlı məsələ sual olaraq qalmaqdadır.

Rekord.az xəbər verir ki, bu məsələdə iki versiya müzakirə olunur: yerli və əcnəbi.

Çünki federasiyanın planında bütün milliləri əcnəbi məşqçilərə tapşırmaq versiyası da var. Eyni zamanda bütün postların yenidən yerlilərə tapşırılması da aktuallığını qoruyur. Lakin bu zaman bəzi məşqçilərin yeniləri ilə əvəzlənməsi gözlənilir. Bəziləri isə postunda qalıb işinə davam edə bilər. Bu məşqçilərdən biri də U-19 millisinin baş məşqçisi Elxan Abdullayevdi. Əldə etdiyimiz məlumata görə, ona yeni müqavilə təklif olunacaq.