
AFFA əməkdaşları UEFA-nın konfransında iştirak ediblər
- 14 Apr 2025 18:00
- 76
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, aparıcı mütəxəssis Orxan Mikayıllı və mütəxəssis Ziya Səfərov Polşanın Sopot şəhərində keçirilən 14-cü UEFA Kütləvi Futbol Konfransı və mükafatlandırma mərasimində iştirak ediblər.
Rekord.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-ya üzv olan 55 ölkənin nümayəndələrinin qatıldığı konfransda son 3 il ərzində futbolun kütləviliyi istiqamətində görülmüş işlər haqqında geniş müzakirələr aparılıb, mühazirələr dinlənilib.
Konfransda həmçinin müvafiq nominasiyalar üzrə qalib gəlmiş ölkələrə mükafatlar təqdim edilib. UEFA-nın fəxri üzvü Per Ravn Omdal və texniki təhsil və inkişaf rəhbəri Olivier Doglia tərəfindən Fərrux İsmayılova “UEFA Grassroots Charter Member” plaketi təqdim olunub.