AFFA əməkdaşlarına və nəzarətində olan klublara Mübariz Mənsimovla bağlı qadağa qoyub?
- 24 Okt 2019 14:00
- 980
AFFA öz əməkdaşlarına və eləcə də nəzarətindəki klublara Mübariz Mənsimovla bağlı xüsusi göstəriş verib.
Rekord.az xəbər verir ki "Xəzər Lənkəran"ın sahibinin sosial şəbəkə profilllərinə üzv olmağa, paylaşımlarını "layk" etməyə qadağa qoyulub.
Artıq bu xəbərdarlıq Premyer Liqa təmsilçiləri tərəfindən klub rəsmlərinin məşqçi və futbolçuların diqqətinə çatdırılıb.
Federasiyanın qeyri-rəsmi təlimatını yerinə yetirməyənlər cərimə olunacaq. (sportinfo.az)