Veteran futbolçularımızdan olan Elmir Xankişiyev və Emin Quliyevin Elit-məşq layihəsindəki məşqçi fəalliyyətlərinin başa çatması barədə xəbər vermişdik.

Rekord.az xəbər verir ki, AFFA bir andaca hər iki gənc mütəxəssislə yolları ayırmasının əsl səbəbləri məlum olub.

Belə ki, gənc məşqçilər işlərinə məsulliyyətsiz yanaşdığı üçün federasiya belə qərar verib.
Quliyev və Xankişiyev həftə ərzində cəmi 2 dəfə baş tutan məşqlərə vaxtında gəlməyiblər, bəzən isə heç gəlməyiblər.

AFFA rəsmiləri veteranların işə belə qeyri-ciddi yanaşmalarına bir müddət səbr etsələr də sonda onlarla yolların ayrılmasına qərara verilib. (sportinfo.az)